Mömin çoxluga deyil, Allahın rizasına tabe olar
Bəzi insanlar özləri kimi eyni yalnış düşüncədə olan insanların varlığını irəli sürərək səhvlərini məqbul göstərməyə və vicdanlarını bu şəkildə rahatlatmağa çalışırlar. Bu əslində şeytanın ən tanınmış üsullarından biridir. İnsanları pisliyə sövq edərkən, ətraflarındakı mənfi insanlardan nümunələr göstərərək onları cəsarətləndirir, bu insanların da eyni düşüncədə olduğunu irəli sürərək onu bu cür davranmaqda bir yalnışın olmadığına inandırmağa çalışır. Əlbəttə ki, vicdanları bu insanlara doğru olanı göstərir, ancaq nəfslərini təmizə çıxaran insanlar şeytanın vəsvəsələrini bilə-bilə özlərinə bəhanə edirlər.
Davamı
Möminlər cənnətdə Rəbbimizin camalının təcəllisini görəcəklər
“O gün (neçə-neçə) üzlər nurlanacaq. Və öz Rəbbinə baxacaqdır.” (Qiyamə surəsi, 22-23)
“Xeyr, həmin gün onlarla (kafirlərlə) Rəbbi arasına pərdə çəkiləcək!” (Mutaffifin surəsi, 15)
Peyğəmbərimiz (s.ə.v) miracda Rəbbimizin təcəllisini gördüyünü demişdir
Cabir İbn Abdulla peyğəmbərimizin (s.ə.v) Nəcm surəsinin 13-14-cü ayələrinin -“Onu bir daha (öz surətində) enərkən gördü – son həddəki Sidr ağacının yanında” – şərhi əsasında belə buyurduğunu bildirmişdir:
Davamı
Şeytanın hiyləsi zəifdir
Allah, hər insanı bu dünya həyatında sınayar və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imana görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağı təyin olunmuş olar. Allahın qulları üçün yaratdığı bu sınaq isə, son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da toxunulduğu kimi, insanın öhdəsinə düşən, Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır. Allah, bu imtahan içində imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Allahın, ayələrində bildirdiyi kimi, şeytan, insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək, və ya bəzi insanların rəftarları və danışıqları vasitəsi ilə insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çəkindirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayar, insanlara müxtəlif tələlər qurar. Şeytanın, insanın düşməni olduğunu Allah bir ayəsində belə xəbər verir:
Davamı