Image 01

Kədərdən xilas olmağın yolları

Uca Rəbbimiz Quranda nəfsin yaxşı xüsusiyyətlər qədər pisliklərə də meyilli olduğunu və ancaq iman gətirənlərin nəfslərini pisliklərdən təmizlədikləri  bildirilmişdir. Möminə bu üstünlüyü verən güc isə imanı, təqvası və Allah qorxusudur. Allah qorxusu insanı Allahın razı olmadığı davranışdan çəkindirir. Möminin Allah qorxusu nə qədər güclü olarsa, din əxlaqına uyğun olmayan kədərlənmə, ümidsizliyə qapılma kimi pis əxlaqi xüsusiyyətlərdən də bir o qədər çox çəkinər.

Davamı
Image 02

Əsl sevgini əldə etməyin yolları

Qəzetlərdə, jurnallarda, televizor kanallarında və ya ətrafımızda tez-tezbir bir-birilərini nə qədər çox sevdiklərini söyləyən insanların əyləncə yerlərində çəkilmiş rəsmlərini görürük.Bir müddətdən sonar  həmin insanların dostluqlarının və ya evliliklərinin bitməsi ilə bağlı xəbərlərlə üzləşirik. Bir müddət əvvəl bir-birini sevdiyini, bir-birinə dəyər verdiyini, “bizim sevgimiz çox fərqlidir” söyləyənlər dava-dalaş edərək, cəmiyyətin qarşısında bir-birinə bəzən kobud sözlərsöyləyərək, böhtanlar ataraq, qarşı tərəfi məhkəməyə verərək ayrılırlar.

Davamı
Image 03

Nəfsə uyğun din planları

Bəzi insanlar Allahdan lazımı qədər qorxmadıqlarına görə Quranı özünə rəhbər tutmur və buna görə də Allahın bildirdiyi əxlaqı tam yaşamırlar. Quran ayələrində bu insanların soruşulanda Allaha iman etdiklərini söylədikləri, ancaq daha dərin imanı və Allaha lazımi qədər qulluq etməyi qəbul etmədikləri bildirilir:

Bu insanlar Qurana tam tabe olmaq və bu nemətdən istifadə etməkdənsə, dini öz ağılları, nəfsləri və ya din əxlaqından uzaq yaşayan cəmiyyətlərin müəyyən qaydalarına uyğun şəkildə şərh etməyə çalışırlar. Bu yolla haqq dindən uzaqlaşır, fərqli və batil din anlayışını müdafiə edirlər. “Nəfsə uyğun din” olaraq adlandıra biləcəyimiz bu din anlayışının ən mühüm  xüsusiyyəti insanların nəfsani istəkləri və dünyadakı mənfəətlə zidd düşməyən inanc olmasıdır.

Davamı