Doğrunu səhvdən ayıran rəhbər
Dünyanı anlamağa çalışarkən özümüzə nəyi rəhbər etməliyik? .. Əslində insanların çoxu bu sual barəsində heç düşünmür. Onların rəhbəri cəmiyyətdir. İnsanların bir çoxu cəmiyyətdən öyrəndiyi doğrulara və səhvlərə görə öz həyatlarını qururlar. Cəmiyyət dünyanın düz olduğuna inanırsa, onlar da elə düşünürlər. Adamyeyən qəbiləsində böyüyürlərsə, insan əti yeməyi təbii qarşılayırlar. Nasist Almaniyasında Hitlerə sitayişi haqlı hesab edirlər. Qısası, çoxluğa tabe olurlar.
Davamı
Allah qatında din İslamdır
Tarix boyu müxtəlif qövmlərə peyğəmbərlər göndərilmişdir. Allah'ın elçiləri göndərildikləri qövmləri doğru yola çağırmış və onlara haqq dini təbliğ etmişlər. Bəzi insanlar isə keçmişdə elçilərlə birlikdə bir-birindən fərqli bir çox dinin göndərildiyini düşünürlər. Halbuki, bu olduqca yanlış düşüncədir. Çünki Allah'ın müxtəlif dövrlərdə müxtəlif qövmlərə göndərdiyi din əslində eynidir. Məsələn, hz. İsaya (ə.s) vəhy edilən dinlə ondan əvvəlki dinin bəzi qadağaları aradan qaldırılmışdır. Lakin Allah'ın göndərdiyi dinlərin əsası demək olar ki, eynidir və bir-birindən az fərqlənir. Keçmiş peyğəmbərlərə göndərilən də, hz. Musaya (ə.s), hz. İsaya (ə.s) vəhy edilən də və son peyğəmbərimiz hz. Muhəmmədə (s.ə.v) endirilən də Allah Qatında haqq olan tək dindir. Bu həqiqəti xəbər verən ayələrdə belə buyurulur:
Davamı
Quran əxlaqını yaşamağın asanlığı
Fədakar, etibarlı, şəfqətli, təvazökar, dürüst olmaq, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözünün üstündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, kübar, tərbiyəli, bağışlayıcı, təvəkküllü, səbirli, comərd, hörmətli, etiqadlı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları özündən aşağı hesab etməmək kimi gözəl xüsusiyyətlər, Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.
Əslində insanların hamısı vicdanlarında Allahın məmnun olacağı gözəl əxlaqın necə olduğunu çox yaxşı bilirlər. Buna baxmayaraq, şeytan, insanların əksəriyyətinə bu əxlaqı yaşamağı çətin və qeyri-mümkün kimi göstərir...
Davamı