Image 01

Mömünlərin bir-birilərinə olan sevgiləri

Sevgi Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. Allah insan fitrətini sevməkdən və sevilməkdən, dostluqdan, yaxınlıqdan zövq alacaq, xoşlanacaq şəkildə yaratmışdır. Quran əxlaqına uyğun yaşayan insanlarla birlikdə olmaq, onlarla dostluq və sevgi içində yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha artıq zövq verir. Buna görə Allahın sevdiyi və razı qaldığı qullarına vəd verdiyi cənnət həqiqi sevginin, dostluğun və yaxınlığın əbədi olaraq böyük coşğunluqla yaşanacağı qeyri-adi gözəlliyə malik yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi ayələrdə daima sevinc, dostluq, sevgi, məhəbbət, gözəl söz və əmin-amanlıqdan bəhs edilir.

Davamı
Image 02

Allaha qulluqda və səmimilikdə qətiyyətli olmaq

Qətiyyət  işə davamiyyətli yanaşmaq, nəticə əldə etmək üçün bütün əngəlləri aşmaq və səy göstərib  lazımi şeyləri mütləq yerinə yetirmək deməkdir. Yuxarıdakı ayədə də bu nəzərdə tutulur. Uca Allah (c.c.) iman gətirən qullarına təkcə ibadət etməyi deyil, eyni zamanda, ibadətdə qətiyyətli olmağı bildirmişdir. İbadətdə qətiyyətli olmaq isə təkcə feli ibadətlərə deyil, uca Rəbbimizin Quranda bildirdiyi kimi gözəl əxlaqlı davranmağa da aiddir. Çünki insanların qul kimi Allah (c.c.) üçün etdikləri hər hərəkət, dedikləri hər söz, hər davranış və rəftar ibadətdir. Ona görə, namaz bir mömin üçün necə mühüm fərz olan ibadətdirsə, eyni şəkildə, qəzəbini boğmaq, gözəl söz demək, insanlara haqq yolu göstərmək və onları xəbərdar edib qorxutmaq, sui-zənn etməmək və ya mübahisəçi olmamaq da ibadətdir.

Davamı
Image 03

Allahın imtahan sənətindəki incəliklər

İnsanın dünya həyatındakı imtahanı həyatının son anına qədər davam edir. Hər şeyi ən gözəl şəkildə yaradan uca Rəbbimiz bu imtahanın hər xüsusiyyətini da mükəmməl sənətlə birlikdə yaradır. İnsanın imtahan sənətindəki incəliklərin şüuru ilə yaşaması, bu incəlikləri görməsi, bundan zövq alması və imtahanın hər anında Allahın razı olacağı rəftarları göstərməsi axirətdə cənnət həyatını ümid etməsi üçün əhəmiyyətli vasitədir.

Davamı