Image 01

İslam asanlıq və saflaşma dinidir

Rəbbimizin şəfqət və mərhəmətinin nəticəsi olaraq əsrlər boyu göndərilmiş bütün haqq dinlər həmişə asan tətbiq edilən hökmlərdən ibarət olmuşdur. Çünki Allah insanlar üçün daim asanlıq diləmiş və “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir…”(Bəqərə surəsi, 185)ayəsi ilə də bu həqiqəti xəbər vermişdir.

Davamı
Image 02

İnsanlara tapınma dini. İnsanlara tapınma dini nədir?

Tarix boyu cəmiyyətdə Allahın insanlardan nə istədiyi deyil, insanların bir-birlərindən hansı tələblərinin olduğu daha mühüm olmuşdur. İnsanlar Allahın haqq kitabında bildirdiyi hökmlərdən, insanlara əmr etdiyi həyat tərzindən xəbərsiz şəkildə özlərini cəmiyyətin və ətrafdakı sosial təbəqənin istəklərini yerinə yetirməyə şərtləndiriblər.

Dövrümüzdə də ətrafınıza baxsanız, Allahın əmr və qadağalarını əksər insanların bilmədiyini və yerinə yetirmədiyini görərsiniz. Allahın gücü, Onun rizasını qazanmağın nə qədər vacib olduğu, Onun əmrlərini yerinə yetirmədikdə Allah qatında əvəzinin nə olacağını çoxları ya heç düşünmür, ya da bunu heç ağıllarına belə gətirmək istəmirlər. Halbuki həmin şəxslər ətrafdakı insanların onlar haqqında nə düşündüyünü, onlardan nə gözlədiyini, onlara özlərini bəyəndirmək, sevdirmək üçün nə etməli olduqlarını və bunun kimi saysız-hesabsız məsələni düşünürlər. Bu şəxslər insanlara Allahdan daha artıq sevgi və bağlılıq göstərilən sistemin içində yaşayır və bunun yanlış olduğuna ehtimal vermirlər.

Davamı
Image 03

Xoşbəxtliyin sirri

İman gətirən insan bu dünyanın həqiqi mahiyyətini, öz yaradılış məqsədini, Allahın onu sınadığını və Ona qulluq etməklə məsul olduğunu dərk edir. Ona görə, həyatı boyu Allahın rizasını, rəhmətini qazanmağa çalışır və möminlərin əsl yurdu olan cənnətə daxil olmaq üçün cəhd edir.

Xoşbəxtlik isə Allahın saleh qullarına səmimi imanlarına və bağlılıqlarına görə həm dünyada, həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının mənbəyi isə sadəcə imanlarıdır. 

Davamı