Din Allah qorxusu əsasında qurulmuşdur. Ancaq Allahdan lazımi qədər qorxanlar dində səmimi ola bilərlər. Çünki Qurana baxdığımız zaman səmimiyyətin Allahdan qəlbi titrəyərək qorxu duyan və sadəcə Allahın razı olduğu davranışa yönələn insana məxsus olduğunu anlayırıq. Heç bir şey səmimi mömini əsl məqsədindən döndərə bilməz; qiyamət günü haqq-hesabını verə bilməyəcəyi bir şeyə yanaşdırmaz. Allah ayəsində ən xeyirli rəftarın bunun olduğuna belə diqqət çəkmişdir:
Qurana baxdığımız zaman möminlərin əsla səhvə yol verməyən insanlar deyil, əksinə, səhv edən, amma dərhal tövbə edərək bağışlanma diləyən insanlar olduqlarını görərik. Allaha qarşı qəlbi titrəyərək qorxu duyan mömin yaşadığı hər an istənilən davranışın ən gözəlini etmək üçün səy göstərir. Bunu edərkən unudub yanıla bilər, ya da səhvə yol verə bilər ki, Quranda möminlərin böyük və ya kiçik bir çox səhvlərindən bəhs edilir. Lakin mühüm olan edilən səhvdən səmimiyyətlə, bir daha əsla təkrar etməməyə qərar verərək vaz keçməkdir. İnsanın bir dəfə iman edib sonra bütün həyatını nöqsansızlıq içində keçirməsi kimi bir hal onsuz da mümkün deyildir; dünya bir imtahan və tərbiyə yeridir. Bundan əlavə, mömin səhv etdiyi zaman hər dəfə Allaha qarşı acizliyinin fərqinə varır. Buna müvafiq olaraq, Allah Quranda hər cür səhvi etsə belə, peşmançılıqla, səmimi və dürüst olaraq tövbə edən, davranışlarını düzəldənləri bağışlayacağını vəd etmişdir.
İslam dini insanların ən azad və rahat şəkildə yaşamalarını təmin edir. Halbuki, bugünkü cəmiyyətlərdə səhvlərə qarşı göstərilən reaksiyalara görə, insanların çoxu davranışlarını cəmiyyətin meyarlarına görə müəyyənləşdirir. Səhv edən özünü nə qədər dəyişdirirsə dəyişdirsin, cəmiyyətin ona baxış bucağı o qədər də dəyişməz. İnsan etdiyi yanlış rəftarla az qala damğalanır. Bu da cahil insanı səmimiyyətsizliyə aparır. İnsan hiyləgər üsullarla özünü insanların gözündə böyütməyə çalışır. Daima insanların özü haqqında nə fikirləşəcəklərini hesablayır. Halbuki, bu cür zülmdən qurtulmağın ən əsas şərti Allaha qarşı səmimiyyət və dürüstlükdür. Çünki din “insanlar nə deyər” mövzusunu tamamilə aradan qaldırır və möminləri səmimiyyəti azaldan, dürüstlüyün qarşısını alan hər cür hərəkətdən uzaqlaşdırır.
Səmimiyyət ancaq vicdanla düşünərkən və Allahın hər zaman özünü izlədiyinin şüurunda olarkən üzə çıxar. İnsanların düşüncə və istəklərinə görə hərəkətlərinizi müəyyənləşdirməyin sizi səmimiyyətdən uzaqlaşdıracağını əsla unutmayın. Allahı unudub insanların razılığını nəzərdə tutaraq edilən bütün hərəkətlər səmimiyyəti zədələyəcəkdir. Allahın öz qullarını hər an gördüyünü, bildiyini və hərəkətlərinə şahid olduğunu heç vaxt yaddan çıxarmadan Qurana görə hərəkət etmək isə səmimiyyəti gətirəcəkdir. Səhv edilən şey nə olursa olsun, dürüstlükdən əsla dönməməyi təmin edən şeyin Allahdan başqa heç kimdən qorxmamaq olduğunu əsla unutmayın. Şeytan daha çox insanlar arasında alçalma, ədalətsizliyə məruz qalma, zərər gəlmə kimi düşüncələrlə insanları səmimiyyətsizliyə sürükləyir. Halbuki, bu, boş və əsassız qorxudur. Çünki ən mühüm olan Allahın razı olması və bağışlamasıdır ki, dünyada da, axirətdə də cəza və mükafat yalnız Allahdandır. Hər kəs səhvə yol verə bilər. Mühüm olan xatırladıqdan və fərqinə vardıqdan sonra bu səhvinə görə Allaha tövbə edib səhvindən vaz keçməkdir. Əskikliyini və rəftarını düzəltməsindəki həssaslıq o insanın səmimiyyətini göstərəcəkdir. Heç bir səhvə yol verməyən insan olmadığına görə, Allaha qarşı ən səmimi və dürüst davranan ən üstün olacaqdır. Allah bir ayəsində belə buyurur:
Səmimi insan etdiyi hər səhvdə Allaha qarşı acizliyini bir daha xatırlayaraq Allaha yönəlib dönər. Çünki səhvləri bağışlayacaq olan yalnız Allahdır, insanlar deyil. Başqa bir deyişlə, insan səhvinə görə Allaha səmimi olaraq tövbə etdikdən sonra artıq onun üçün insanların nə fikirləşdiklərinin heç bir əhəmiyyəti yoxdur. İnsanların haqqında nə fikirləşdiklərinə əhəmiyyət verən, onların razılığının ardınca düşən kəslər yanlışlarını örtmək uğrunda yalanlar söyləyərək daha bir çox yanlışlara sürüklənirlər. Halbuki, əslində, insanları aldatmış olsalar belə, Allah hər şeyi bilir. Siz dürüst olmayan, səmimiyyətsiz insanların ən çox özlərinə zülm etdiklərini əsla unutmayın. Allah heç kəsə gücünün yetdiyindən artıq bir şey yükləməmiş, səmimi olan insanların unutduğu və ya yanıldığı zaman etdikləri xətaları isə bağışlayacağını vəd etmişdir. Bu, inananlara Rəbbimizin böyük müjdəsidir. Allah bir ayəsində belə buyurur:
Həmçinin unutmayın ki, insanın həqiqi bir səmimiyyətlə bağlanmalı olduğu yalnız Allahdır. Bir insan cahil ola bilər, Allahı razı etmək üçün yerinə yetirməli olduğu bəzi şeyləri də bilməyə bilər. Amma Allah səmimi olaraq Özünə yönələn qullarına mütləq doğrunu göstərər, onları hidayətə çatdırar. Mühüm olan insanın səmimi qəlblə Allaha bağlanmasıdır. Allah Özünə təslim olanların əsla ziyana uğramayacaqlarını bu cür müjdələmişdir:
Elə isə siz də qarşınıza çıxan saysız xatırlatmaları görməzlikdən gəlməyin və Allaha səmimi bir qəlblə yönəlməyin dünyada və axirətdə tək qurtuluşunuz olduğunu unutmayın.
A9 tv-dəki bütün söhbət proqramları, birbaşa efiri və sənədli filmləri buradan izləyə bilərsiniz.
Quranda ayə axtarma, Quran fihristi. Bu saytda siz Quranı rahat şəkildə incələyə biləcəksiniz.
Peyğəmbərimizin (s.a.v) Quran əxlaqı, Axırzaman, İslam birliyi və.s haqqında qiymətli hədisləri.